Baş səhifə / Cəmiyyət / “Əgər siz övladınıza bu cür mobil telefon verirsinizsə, təbii ki, o, istənilən zərərli məlumatla qarşı-qarşıyadır…”

“Əgər siz övladınıza bu cür mobil telefon verirsinizsə, təbii ki, o, istənilən zərərli məlumatla qarşı-qarşıyadır…”

“Kütləvi, ictimai açıq yerlərdə olan kafelərdə azyaşlıların girişinə qadağa qoyula bilər. Eyni zamanda, valideynlərə müəyyən tövsiyələr oluna bilər ki, uşaqların otaqda olan kompüterlərinin ekranı qapalı tərəfə deyil, hər kəsin görə biləcəyi tərəfə qoyulsun ki, nəyə baxdığını bilsinlər”.

Bunu Moderator.az-a açıqlamasında media üzrə ekspert Ələsgər Məmmədli uşaqların zərərli informasiyadan qorunması haqda danışarkən deyib. Ə.Məmmədlinin sözlərinə burda əsas yük məktəblərin və valideynlərin üzərinə düşür:

“Dövlət buna informasiya aspektindən yanaşırsa, məktəblər üçün xüsusi filtirli proqramlar hazırlayacaq və bu daha öncə də var idi. Kütləvi, ictimai açıq yerlərdə olan internet kafelərdə azyaşlıların girişinə qadağa qoyula bilər. Eyni zamanda, valideynlərə müəyyən tövsiyələr oluna bilər ki, uşaqların otaqda olan kompüterlərinin ekranı qapalı tərəfə deyil, hər kəsin görə biləcəyi tərəfə qoyulsun ki, nəyə baxdığını bilsinlər. Ümumi şəkildə burda əsas yük məktəbin üzərinə düşür. Təbii ki, burda söhbət senzuradan getmir, amma filtirizasiya oluna biləcək proqramlar mütəxəssislər tərəfindən hazırlanmalıdır. Bildiyim qədəriylə daha öncə Təhsil Nazirliyi tərəfindən də belə proqramlar hazırlanmışdı.  Uşaqların mobil telefonla istədiyi yerə daxil olması isə ailə məsələsidir. Əgər siz övladınıza mobil telefon alıb verirsinizsə, təbii ki, o, istənilən zərərli informasiya ilə qarşı-qarşıyadır və bunu önləmək mümkün deyil. Bunu qarşısını heç dövlət də ala bilməz”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb. 19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minir. Ölkə başçısı həmçinin  sözügedən qanunun tətbiqi barədə də fərman imzalayıb. Fərmanda bildirilir ki, Nazirlər Kabineti 3 ay müddətinə Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …