Baş səhifə / Cəmiyyət / Moskva-Ankara gərginliyi Türkiyə-Ukrayna hərbi əməkdaşlığını genişləndirə bilərmi?

Moskva-Ankara gərginliyi Türkiyə-Ukrayna hərbi əməkdaşlığını genişləndirə bilərmi?

Fikrət Sadıqov: “Ərdoğan dəfələrlə bəyan edib ki, Krım tatarlarına hər zaman dəstək olmağa hazırdır”
“Bundan öncə də Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını bəyan edib”

İdlibdə türk əsgərlərinə hücumdan sonra Rusiya-Türkiyə münasibətlərində başlayan gərginlik bu gün də davam etməkdədir.

Maraqlıdır, Əsəd hakimiyyətinin əsas himayədarı olan Rusiya, rejimin Suriya ərazisində türk həbrçilərinə qarşı hücumlarını dayandırmasa, bu, münasibətlərin daha da gərginləşməsinə, bu gərginlik isə öz növbəsində Ukrayna-Türkiyə hərbi əməkdaşlığının genişlənməsinə yol aça bilərmi?

Moderator.az-a açıqlama verən Qərbi Kaspi Universitetinin professori, politoloq Fikrət Sadıqov Suriyadakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğuladı:

“Bütün bu hadisələr göstərir ki, dünya siyasətində, beynəlxalq münasibətlər sistemində daimi dost və ya daimi düşmən yoxdur. Hər şey müəyyən maraqlar üstündə qurulur. Türkiyə-Rusiya münasibətləri də bu qəbildəndir.

Əlbəttə, Türkiyə-Ukrayna münasibətlərinin yaxınlaşması, Ukraynaya müəyyən maliyyə yardımının göstərilməsi Rusiyanın maraqlarına ziddir. Çünki Ukrayna hal-hazırda Rusiya ilə gərgin münasibətdədir. Ona siyasi-maliyyə yardımının göstərilməsi Rusiyanı məmnun edə bilməz.

Amma Türkiyənin özünün də əsas xarici siaysət prioritetləri var. Türkiyə əvvəlcədən də bəyan etmişdi ki, Krım yarımadasının Rusiya tərəfindən ilhaqını tanımır və Ukraynanən ərazi bütövlüyün tanıyır. Bundan baçqa, Ərdoğan dəfələrlə bəyan edib ki, orada yaşayan tatarlara hər zaman dəstək olmağa hazırdır.

Təbii ki, bu gün ortada xoşagəlməz gərginlik mövcuddur. Düşünürəm ki, bu gərginlik daha böyük qarşıdurmaların baş verməsinə gətirib çıxarmayacaq. Çünki hər iki dövlət başçısı kifayət qədər sağlam düşüncəli siyasətçilərdir. Hesab edirəm ki, müəyyən danışıqlar əsansında onlar bir araya gələ bilər. Amma onu da qeyd etmək lazımdır ki, vəziyyət olduqca təhlükəlidir və bu gərginliyin yaxın zamanlarda azalacağı ehtimalı o qədər də çox deyil”.

Seymur ƏLİYEV

Buna da bax...

Kəlbəcərdəki qədim Azərbaycan məbədindən xəzinə oğurlandı…

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı ölkəmizin xristian dövrünə aid qədim Xudavəng …