Baş səhifə / Digər / Meksika Türkiyənin dözdüyünə tab etmədi: ABŞ elə bir barmaq silkələdi ki…

Meksika Türkiyənin dözdüyünə tab etmədi: ABŞ elə bir barmaq silkələdi ki…

Meksika Rusiyadan hərbi helekopter almaq planından imtina edib.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bir müddət bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Meksikanın ölkəsindən hərbi helekopterlər almaq istədiyini bildirib və qeyd edib ki, bununla bağlı Meksika rəsmiləri müqavilə bağlamaq niyyətindədir. Lakin bu xəbərdən bir müddət sorna Meksika tərəfi Rusiyadan hərbi helekopter almaq niyyətindən imtina etdiyini bildirib. Meksika tərəfi imtinanın səbəbi ilə bağlı hər hansı açıqlama verməsə də, buna səbəb ABŞ faktoru hesab edilir. Belə ki, Meksikanın Rusiyadan helekopter alacağı ilə bağlı ilk xəbərlər ortaya çıxan zaman ABŞ bu alqı-satqıya qarşı çıxmış və belə olacağı təqdirdə Meksikaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirimişdir. Meksikanın da məhz bu hədə səbəbi ilə rus helekopterlərdən imtina etdiyi düşünülür.

Xatırladaq ki, ABŞ Türkiyənin də Rusiyadan hava hücumudnan müdafiə sistemləri almasının qarşısını almaq üçün onu sanksiyalarla hədələsə də, rəsmi Ankara bu hədələrə əhəmiyyət vermədən Rusiyadan müasir raket texnologiyaları alıb.

Seymur ƏLİYEV

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …