Baş səhifə / Cəmiyyət / “15000 dönərxananın 100-ə qədəri təhlükəsiz dönər hazırlayır…” – HƏYƏCAN TƏBİLİ

“15000 dönərxananın 100-ə qədəri təhlükəsiz dönər hazırlayır…” – HƏYƏCAN TƏBİLİ

Bakıda dönər ətləri ilə bağlı monitorinq keçirən “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, dönər ətləri ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq. Qurum sədri bildirib ki, yoxlama zamanı jurnalistin kamerası da sındırılıb:

“Monitorinq zamanı sahibkarlar tərəfindən bizə müdaxilə oldu və çəkiliş aparan jurnalistin kamerası sındırıldı. Amma bununla bağlı böyük bir təbliğat aparacağıq. Dönərlərlə bağlı məsələnin mahiyyəti ondan ibarətdir ki, dönər ətləri şok dondurmadan keçirilməlidir. Yəni dönər əti çiy-çiy şişə taxılır və onun çöl tərəfi qızardılır. Ətin içi isə çiy olaraq qalır və ətdə olan qan qızardılmış ətə qarışır. Bunu da bu şəkildə insanlara satırlar. Belə halda heyvan ətində olan xəstəliklər insanlara da yoluxur. Ona görə də dönər əti hazırlanandan sonra minus 40 dərəcədə şok dondurmadan keçirilməlidir ki, bu xəstəliklər məhv edilsin. Bu cür dönər hazırlayan iki şirkət var: “Azprotein” və “Səhriyalı” şirkətləri standarlara uyğun dönər ətləri hazırlayırlar. Bu şirkətlərdə dönər ətləri minus 40 dərəcədə şok dondurmadan keçirilir və dükanlara verilir”.

E.Hüseynov bildirib ki, bununla bağlı bölgələrdə treninq keçirəcəklər:

Bizdə olan məlumata görə Bakıda 15 minə qədər dönərxana var. Bunların cəmi 100-ə qədəri təhlükəsiz dönərlər hazırlayır. Qalanları isə özləri bu dönər ətlərini hazırlayıb təhlükəli şəkildə insanlara satırlar. Bununla bağlı biz dövlət orqanları qarşısında məsələ qaldıraraq insanları maarifləndirəcəyik. Biz Prezident yanında Qeyri-hökümət təşkilatlarından qrant almışıq və aprelin 15-dən sonra ölkə prezidentinin qida təhlükəsizliyinin təmin olunmasına dair “İctimai tədbirlər” adlanan layihəmiz çərçivəsində rayonlarda treninqlər keçirəcəyik. İnsanlarımıza bildirişlər paylayacağıq ki, əhali təhlükəli qidalardan uzaq olsun. Biz bu işlərimizlə “Qida Təhlükəsizliyi Agentliyi”nə kömək etmək istəyirik”.

Vasif Əlihüseyn

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …