Baş səhifə / Dünya / Ölü əsgərlər diri generalları “dəfn edir”: Komandanlıq isə “biz acizik” deyir…

Ölü əsgərlər diri generalları “dəfn edir”: Komandanlıq isə “biz acizik” deyir…

Azərbaycanın işğal edilmiş torpaqlarında hərbi xidmətə cəlb edilən erməni əsgərləri arasında ölüm halları sürətlə artmaqdadır. Belə ki, son 10 gündə 10 düşmən əsgəri ölüb ki, bu da həm Ermənistan Müdafiə Nazirliyi, həm də qondarma “respublikanın” hərbi rəhbərliyində ciddi narahatlığa səbəb olmaqdadır.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ayk Asryan adlı erməni hərbçisinin ölümü separatçı rejimi mat vəziyyətində qoyub. Bu gün məlum olayla bağlı toplantı keçirən oyuncaq “respublika”nın oyuncaq “Müdafiə Nazirliyi” əsgər ölümlərinin qarşısının alınmasında aciz olduğunu etiraf edib. “Nazir” general-leytenant Karen Abrahamyan bildirib ki, məlum əsgər ölümləri göstərir ki, biz “nəticə etibari ilə düzgün yol tutmamışıq”.

Problemin qarşısını almaq üçün atılan bütün adımlara rəğmən, vəziyyətin kritik olaraq qaldığını bildirən K.Abrahamyan, generalitet heyətinə, eləcə də yerlərdəki hərbi hisə komandirlərinə xəbərdarlıq edib, nöqsana yol verənlərin sərt şəkildə cəzalandırılacağını bildirib.

K.Abrahamyanın məlum açıqlamasından yola çıxan bəzi mütəxəsislər isə bunu, erməni ordusunda generalitet həbdlərinin yeni dalğasının başlanmasının ilkin işartısı kimi dəyərləndirib. Ekspertlər hesab edir ki, separatçı rejim rəhbərliyi və eləcə də rəsmi İrəvan, öz yaratdıqları sistemin qurbanına çevrilən erməni generallarını həbs etməklə, əsgər ölümlərinin cəmiyyətdə doğurduğu etirazları səngitməyə çalışacaq. Hansı ki, son dövrlər bir neçə erməni generalı və polkovnikinin həbs edildiyi məlumdur. Yeni həbslərin “türmə generalları”nın sayını artırcağı, erməni ordusunun başsız qalması prosesini sürətləndirəcəyi ehtimal edilir.

Seymur ƏLİYEV

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …