Baş səhifə / Dünya / Ölən erməni hərbçiylə bağlı cinayət işi açıldı – FOTO

Ölən erməni hərbçiylə bağlı cinayət işi açıldı – FOTO

Xəbər verdiyimiz kimi Ermənistan ordusunda daha bir əsgər naməlum şəraitdə güllələnib.

Moderator.az xəbər verir ki, fevralın 14-də təxminən saat 19:00-da ölkənin şərq istiqamətində yerləşən hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu Asriyan Aik Nersesoviç güllə yarası alaraq ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə hadisəylə bağlı cinayət işi açılıb və istintaq davam edir.

Qeyd edək ki, erməni ordusunun “oğru” qanunları ilə idarə olunması haqda artıq bir neçə ildir ki, ekspertlər məlumat verir. Məhz buna görə düşmən ordusunun əsgərləri arasında tez-tez ölüm halları qeydə alınır. Düşmən mediası isə ölən əsgərin fotosunu da paylaşıb.

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …