Baş səhifə / Dünya / Diş həkimi xəstəsinə narkoz verib zorladı

Diş həkimi xəstəsinə narkoz verib zorladı

Belçikada üç xəstəsinə təcavüz etdiyi iddia edilən diş həkimi beş il həbs cəzasına məhkum edilib. Həkimin xəstələrinə bilərək çox narkoz verdiyi ortaya çıxıb.

Moderator24.com xəbər verir ki, Brüsselin Ganshoren bölgəsində fəaliyyət göstərən və adı açıqlanmayan 48 yaşlı bir diş həkimini 2012-2013 illər ərzində cinsi istismara məruz qalan üç xəstə məhkəməyə verib.

İddiaçı 19 yaşlı xəstənin vəkili müqəssirin 2012-ci ildə müalicəsi üçün lazım olandan daha çox narkoz verilərək təcavüzə uğradığını iddia edib. Digər iki xəstə da diş həkiminin cinsi istismar iddiası ilə cəzalandırılmasını tələb ediblər.

Brüssel Cəza məhkəməsi diş həkiminin 5 il həbs cəzasına məhkum edilməsinə, cəzanın iki il təxirə salınmasına və təcavüzə məruz qalan iddiaçıya 7 min 500 avro, istismara məruz qalan iddiaçılara isə 2 min avro təzminat ödənilməsinə qərar verib.

Kamran

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …