Baş səhifə / Cəmiyyət / Seçki dairəsi… və Milli Məclisin qarşısındakı dairə…

Seçki dairəsi… və Milli Məclisin qarşısındakı dairə…

Siyasətdə namizədliyi irəli sürməkdən asan məsələ yoxdur.Ömründə irəli heç velosiped sürməyən adam da namizədliyini irəli sürə bilər. Gündə biraz-biraz irəli sürüb,seçkinin sonuna kimi gəlib çıxar seçki dairəsinin axırına. Seçki dairəsindən çıxmaq asan məsələ olmasa da mümkündür.Rayon yerində dairəyə girib ordan çıxmaq müşkül məsələ deyil. Yol sənin oldu, olmadı o “kruq”a girə də bilərsən,ordan çıxa da bilərsən…Necə deyərlər, gözdən uzaq,qanundan iraq…Elə ki öz “kruq”undan çıxıb sürə-sürə gəldin Milli Məclisin qarşısındakı dairəyə, bax elə mərəkə də bundan sonra başlayır. Həmin dairədə hələ günlərin adi vaxtında necə sıxlıq və basa-bas olduğunu hamı yaxşı bilir. O ki qaldı seçkidən sonra ola…Ordan da Milli Məclisə 5 addımlıq yoldu. Ora düşmək üçün hamı qayda-qanuna əməl edəcəkmi? Bayaq dedim axı, namizədliyini verdiyin dairədən çıxmaq çətin məsələ deyil.Çətini seçkidən sonra Milli Məclisin qarşısındakı dairəyə girməkdi, çıxmaqdı.Yəqin şahidi olmusunuz,bu dairəyə girəndə,çıxanda çoxları qayda-qanuna əməl eləmir…
Bəs seçkidən sonra necə, orda qayda-qanun bərpa olacaqmı haqqı olanlar o darəni rahatlıqla keçib MM-ə girə biləcəkmi?Bu çətin suala məntiqli cavab axtarmaq başımı az qala xarab eləmişdiki, MSK -nın verdiyi qərarla dörd dairənin “hərəkət trayektoriyası” ləğv olundu.Hələ ola bilsin “irəli sürmə” qovğası başqa dairələrdə yenidən başlasın.Məni ən çox narahat eliyən nədir? Öz dairəsində qayda-qanun boşluğu yaradan namizədlərin, deputat olandan sonra qəbul elədikləri qanunlarda boşluqların olaçağı istisna deyil axı. “Qulp” bir vaxtlar həmin boşluqları doldurmaq üçün Milli Məclisə “press” aparatı qoymağı təklif etmişdi. Nə qədər unutqan olsaq da, gəlin yada salaq.Və seçim edək.Ya Milli Məclisin qarşısındakı dairədə qayda-qanun olmasına nəzarət eliyək,qoy haqqı olanlar “yol mənimdir” deyib həmin “kruq”a girib ordan da rahatca gəlib otursun layiq olduğu kürsüdə…Ya da həmin aqreqatı gətirib qoyaq həmin binaya . Yoxsa qanunlardakı “boşluqlar” bizi çox boşluqlara, uçurumlara salacaq. Seçim öz əlimizdədir.

Mübariz Əsgərov
Əməkdar jurnalist

Buna da bax...

Kəlbəcərdəki qədim Azərbaycan məbədindən xəzinə oğurlandı…

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı ölkəmizin xristian dövrünə aid qədim Xudavəng …