Baş səhifə / Cəmiyyət / “İlham Əliyev Paşinyandan daha hazırlıqlı və səviyyəli görsənirdi…” – VİDEO

“İlham Əliyev Paşinyandan daha hazırlıqlı və səviyyəli görsənirdi…” – VİDEO

Münhen görüşlərini izləyəndən sonra ayrıca olaraq Qarabağ debatı bağlı aşağıdakıları bildirmək istərdim.

Personal kontestdə: İlham Əliyev Paşinyandan daha hazırlıqlı və səviyyəli görsənirdi. Burda dil və təcrübə üstünlüyü aşkar hiss olunurdu.

Tarixi kontekstdə: İlham Əliyevin tarixdən istinad etdiyi arqumentlər, xüsusilə də Kürəkçay, Türkmənçay, Gülüstan müqavilələri, Qafqaz bürosunun qərarı, Şaumyanla bağlı fikirlər daha güclü səslənir və Azərbaycanın mövqeyini əsaslı göstərirdi. Bunun müqabilində Paşinyanın eramizdan əvvəl 400 il əvvələ, Tiqran hakimiyyətinə istinadən səsləndirdiyi tarixi fikirləri sərsəm və məkrli görsənirdi.

Siyasi kontekstdə: İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinadən mövqeyi və suallara cavabları Paşinyanla müqayisədə peşəkar idi. Paşinyanın Xocalı soyqırımını Mütəllibova istinadən Azərbaycanlılar tərəfindən törədilməsini bir daha təkrar etməsi də onun arqumentsizliyini göstərirdi.

Təhlükəsizlik kontekstində: Paşinyan Minsk Qrupuna güvənərək sülhpərvər libas geyinməyə çalışsa da ona nail olmadı, əslində ermənilərin müharibədən qorxduğunu nümayiş etdirdi. Onun kiçik inqilablar konsepsiyası, sosial şəbəkə istifadəçilərinə müraciəti də anlaşıqlı deyildi. İlham Əliyevin mərhələli həll planı optimal həll variantı təsiri bağışladı.

Müasir kontekstdə: Münhendə müzakirə olunmasa da demokratiyaya keçid, insan haqlarına hörmət, müstəqil vətəndaş cəmiyyətinə və azad mətbuata münasibətdə Azərbaycanın Ermənistanla müqayisədə mövqeyi zəifdir. Odur ki, hazırda həlli vacib olan birinci məsələ Azərbaycanda demokratik institutlar üçün fəaliyyət mühitinin yaradılması, insan hüquq və azadlıqlarının təminatı və azad seçkinin keçirilməsidır. İkincisi, ölkədə güclü vətəndaş, dayanıqlı iqtisadiyyat və qüdrətli ordu formalaşdırılmalıdır. Üçüncüsü isə bu cür debatlar mmüxtəlif səviyyədə fərqli iştirakçılarla davam etdirilməlidir.

Nəhayət, Rusiya münaqişənin həlli prosesindən kənarlaşdırılmalıdır.

Yekunda Osmanqızı TV-ə təşəkkür edirəm ki, illik büdcəsi 52 milyon manata qədər olan AzTV, İTV və Azərtac Dövlət Agentliyinin görəcəyi işi daha operativ və keyfiyyətlə həyata keçirdi, bu görüşü Azərbaycan dilinə tərcümə edib, müzakirəsini təşkil etdi. Buyurun izləyin.

Qubad İbadoğlu, İqtisadçı alim

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …