Baş səhifə / Cəmiyyət / Qarabağ savaşının Münhen cəbhəsi: Siyasi darmadağın və psixoloji tar-mar!

Qarabağ savaşının Münhen cəbhəsi: Siyasi darmadağın və psixoloji tar-mar!

“Düşmənlə üzləşdiyimiz istənilən məkan bizim üçün cəbhədir. Bu cəbhə Münhen də, Vaşinqton da, Moskva da ola bilər və bu cəbhələrin hər birinin Qarabağla, onun azadlığı uğrundakı mübarizə ilə əlaqəsi var. Bu cəbhələrin hər birində qalib gəlmək, düşmənlə hər bir döyüşdən qalib ayrılmaq bizim üçün şərəf və tarixi borc işidir. Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada baş verənlər də rəsmi İrəvanın siyasi müstəvidə darmadağın edilməsi, bütün dünyanən gözü qarşısında ağır məğlubiyyətə uğradılmasıdır”.

Bunu Moderator.az-a açıqlamasında jurnalist-tarixçi Seymur Əliyev bildirib. Jurnalistin sözlərinə görə, Münhen diskusiyasında Azərbayan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı bütün parametrlər üzrə məğlub edərək, rəsmi İrəvanın işğalçılıq siyasətini ifşa edib:

“Münhen diskussiyasının önəmi, sadəcə Paşinyanın siyasi səbatsızlığının, diplomatik səriştəsizliyinin, elmi-intellektual kasadlığının ifşası ilə yekunlaşmır. Baxmayaraq ki, prezident İlham Əliyevin diplomatik hazırcavablığı, siyasi ustalığı və dəmir məntiqi fonunda Paşinyanın fərdi keyfiyyətlərindəki bu çatışmazlıqlar özünü çox aydın büruzə verirdi.

Lakin Münhen qarşıdurmasının ən mühüm əhəmiyyəti Paşinyanın siyasi-diplomatik debatdakı məğlubiyyəti fonunda, Ermənistanın işğalçılıq siyasətinin, ədalətsiz mövqeyinin ifşa edilməsi oldu. Prezident İlham Əliyev aydın və məntiqli arqumentlər əsasında nəinki Qarabağın ermənilərə aidiyyatı olmadığını sübut etdi, o, tarixi faktlara istinadən indiki Ermənistan respublikasının tarixi Azərbaycan torpaqları üzərində bərqərar olduğunu bir kəs daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısı bildirdi ki, ermənilər özlərinə ikinci bir dövlət yaratmaq istəyirsə, bunun üçün öz nəzərlərini Azərbaycana deyil, başqa səmtə çevirməlidirlər.

Münhen debatı prezident İlham Əliyevin yalnız siyasi deyil, həm də psixoloji üstünlüyü şəraitində keçdi. Azərbaycan prezidentinin gümrah, sakit və əmin psixloji portreti ilə müqayisədə, Paşinyanın daxili narahatlığı, psixoloji çaşqınlığı, siyasi çarəsizliyi onun hər bir jest və mimikasında birmənalı şəkildə əks olunurdu. Aydın görünürdü ki, Paşinyan alman torpağında üzləşdiyi Azərbaycan təpəri qarşısında özünü zəif, inamsız və müdafiəsiz hiss edir.

Bir sözlə, bu diskusiyadan sonra əminliklə demək olar ki, düşmən Qarabağ savaşının Münhen cəbhəsində siyasi baxımdan darmadağın edildi. Artıq Qarabağ müharibəsinin siyasi qütbündə əldə edilən bu qələbəni bayram etmək olar. İndi növbəti mübarizə və qalibiyyət qütbü hərb meydanı olmalıdır. Hansı ki, qüdrətli Azərbaycan ordusunun bu cəbhədə öz sözünü tam qətiyyətlə deyəcəyinə, siyasi meydanda əldə edilən uğuru hərbi qalibiyyətlə davam etdirəcəyinə şübhə yoxdur. Bizi bu qalibiyyətdən ayıran yeganə şey isə ali baş komandanın hər an səslənə biləcək “İrəli” əmridir.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …