Baş səhifə / Dünya / İdlibdə 1 milyon 200 min Suriyalı 2.5 ayda evlərindən didərgin düşdü

İdlibdə 1 milyon 200 min Suriyalı 2.5 ayda evlərindən didərgin düşdü

Suriya daxilində gedən savaşa görə 1 dekabr 2019-cu ildən bu yana 1 milyon 200 min insan evini tərk edib.

Vətəndaş müharibəsindən əvvəl 1,5 milyon suriyalının yaşadığı İdlib şəhəri əhalisinin evlərini tərk etməsindən sonra müxalif qüvvələrin və rejim qüvvələrinin hücumları səbəbiylə bölgədə köç 4 milyona çatıb. Rejim əleyhinə mülki şəxslərin və müxaliflərin son dayağına çevrilən İdlibin cənub və şərqində son aylarda Əsəd qüvvələri tərəfindən güclü bombardmanlar olunub.

Hər gün edilən hücumlarda onlarla mülki şəxsin həyatını itirməsinə baxmayaraq, 1 dekabr 2019-cu ildən bəri evlərini tərk edənlərin sayı 1 milyon 200 minə çatıb. Evlərini tərk edənlərin 658 mininin Türkiyə sərhədi yaxınlarına köç etdiyi bildirilir. Vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri mülki əhalinin axın etdiyi Türkiyə sərhədinin sıfır nöqtəsindəki Atme qəsəbəsində “çadır şəhərləri”-nin əhalisi 500 minə çatıb.

Düşərgələrə gedib sərhədə yaxın boş ərazilərə yer tapmayanlar üçün Türk Qızıl Aypara Cəmiyyəti çadır, yemək, geyim və gigiyena yardımı təmin edib. Bəzi çadırlarda ən azı 3 ailə soyuq havada, leysan yağışda və palçıqda yaşamaq üçün mübarizə aparır.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …