Baş səhifə / Dünya / “Amerikalıların Türkiyəni dinləyə bilməsi üçün şifrələmə cihazını dəyişdirdik!”- Texnologiya nəhəngindən qalmaqallı açıqlama

“Amerikalıların Türkiyəni dinləyə bilməsi üçün şifrələmə cihazını dəyişdirdik!”- Texnologiya nəhəngindən qalmaqallı açıqlama

Hollandiya texnologiya nəhəngi Philipsin, Türkiyədə şifrəli daxili danışıqları dinləyə bilməsi üçün Amerika Birləşmiş Dövlətlərinə kömək etdiyi iddia edilib. Amerikan və Alman istihbaratlarının bütün dünyaya şifrəli rabitə cihazı satan Crypto AG’ye satın aldığının ortaya çıxmasının ardından Philipsin köhnə işçisi kriptolog Cees Jansen, Türkiyəyə qırılması asan şifrələmə cihaz satıldığını söyləyib. Hollandiya mətbuat agentliyi Argos’a danışan Jansen, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) “Philips” şirkətindən kömək aldığı prosesi izah edib.

O bildirib ki, cihazı dəyişməyə Almaniya kömək etmək istəməyib.

Jansen şifrəni sındırmaq üçün kömək etdikləri cihazın Aroflex adlı bir teleks olduğunu açıqlayıb.

Sözügedən cihaz 1976-19 1982-ci illər arasında NATO üzvləri arasında etibarlı rabitəni təmin etmək üçün istifadə edilmişdir. Ancaq Türkiyə hökuməti, səfirliklərlə əlaqə qurmaq və daxili danışıqlarda istifadə etmək üçün cihazdan almaq istəməyib.

Jansenin sözlərinə görə, NSA cihazı Türklərə satmaq istəyirdi, çünki şifrəni parçalamaq daha asan idi.

Amerikalılar daha sonra Hollandiya kəşfiyyatı və istehsalçısı Philips ilə danışıqları davam etdirdilər.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …