Baş səhifə / Cəmiyyət / ““Facebook” müxtəlif ölkələrdə seçkilərə müdaxilə cəhdlərinə qarşı effektiv müdafiə sistemi hazırlayıb…”

““Facebook” müxtəlif ölkələrdə seçkilərə müdaxilə cəhdlərinə qarşı effektiv müdafiə sistemi hazırlayıb…”

“Deyəsən, artıq Vahid Dünya Dövlətinin açıq konturları görünür…”

“Görəsən, cənab Mark Azərbaycandakı şəffaf qutulara topa-topa bülleten doldurmaqla, seçicilərin əvvəlcədən gözünün odunu almaqla seçkilərin nəticələrinə müdaxilə edənləri də üzə çıxara bilirmi?..”

“Seçkilərə sosial şəbəkələr vasitəsilə təsir etmək üçün cəhdlər getdikcə daha çox xaricdən deyil, səsvermənin keçirildiyi ölkə sakinləri tərəfindən həyata keçirilir”.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Facebook” qurucusu Mark Zukerberq 15 fevral şənbə günü Münhendə keçirilən təhlükəsizlik konfransında bildirib.

“İndi biz yalnız xarici müdaxilə cəhdlərindən deyil, daha çox “evin içi”ndən edilən cəhdlərdən danışırıq” deyən Zukerberq son illərdə seçkiyə təsir etmək cəhdlərinin daha da mürəkkəbləşdiyini və bu səbəbdən “Facebook”un genişmiqyaslı qoruyucu tədbirlər həyata keçirdiyini vurğulayıb.

“Beləliklə, sosial şəbəkə dünyanın müxtəlif ölkələrində seçkilərə müdaxilə cəhdlərinə qarşı çıxmaq baxımından əhəmiyyətli bir müvəffəqiyyət qazanıb. Əvvəlcə nə qədər zəif qorunduğumuzu xatırlasaq, məncə, qarşı tərəfin hücum qabiliyyətini artırmasından daha çox biz müdafiəmizi gücləndirə bildik” –deyə “Facebook” qurucusu bildirib.

Ancaq Zukerberq xəbərdar edib ki, bu sahədə vəziyyət daim dəyişir. Odur ki, “Facebook” feyk, saxta akkauntları effektiv aşkarlaya bilən sistemlər yarada bilib.

Zukerberqin sözlərinə görə, bunun nəticəsində hər gün təxminən bir milyon saxta səhifəni bloklamaq mümkündür. Özü də əksər hallarda – onların yaradılmasından cəmi bir neçə dəqiqə sonra. Mark izah edib ki, bu, əsasən seçkilərə təsir göstərməyə çalışan ayrı-ayrı insanların deyil, fərqli bir növ qanun pozucularının, məsələn, spamerlərin(spam yayıcılarının) hesabları olur…

P.S. Görəsən, cənab Mark Azərbaycandakı şəffaf qutulara topa-topa bülleten doldurmaqla seçkilərin nəticələrinə müdaxilə edənləri də üzə çıxara bilirmi?..

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …