Baş səhifə / Cəmiyyət / Kəlbəcərli məşhur kəşfiyyatçıya Milli Qəhraman adı verilməsi üçün imza toplanılır

Kəlbəcərli məşhur kəşfiyyatçıya Milli Qəhraman adı verilməsi üçün imza toplanılır

Məşhur kəşfiyyatçı Ülfət Kərimova Milli Qəhraman adının verilməsi üçün imzatoplama kampaniyası keçirilir.

Bu barədə Sozcu.az saytına “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin İdarə Heyyətinin üzvü Ramiz Abışov məlumat verib. Ülfət Kərimovun şanlı döyüş yolu haqda məlumat verən Ramiz Abışov, Məşhur kəşfiyyatçıya Milli Qəhraman adının verilməsi üçün prezident İlham Əliyevə müraciət etdiklərini və bununla bağlı imzatoplama kampaniyasına başladıqlarını bildirdi.

Ramiz Abışov qeyd etdi ki, bu kampaniyada iştirak yalnız Kəlbəcər rayon sakinlərinə yox, bütün vətənpərvər insanlara aiddir.
Ülfət Kərimov haqda qısa xatırlatma:

Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur.

Təhsili

Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.

Qarabağ müharibəsi illəri

1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır.

Ağdaban döyüşü

Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur. Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.

Döyüşlərdəki nailiyyətləri

Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:

“Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. ”
2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
Yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması münkün olan nailiyyətləridir.

Mükafatları

1993-cü ilin 13 sentyabrında, ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.

Milli Qəhrəman fəxri adına layiq görülməsi təklifi

Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.
İkinci dəfə ölümündən sonra Ülfət Kərimovun Milli Qəhrəman fəxri adı ilə təltif olunmasını təklif edilib. Məsələyə baxan Azərbaycan Respublikası Müdafiə Nazirliyi, öz növbəsində təltif üçün sənədləri Prezident Administrasiyasına yönəltsə də, indiyə kimi Ülfət Kərimova milli qəhramanlıq statusu verilməyib.

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …