Baş səhifə / Cəmiyyət / “Hərə bazarın bir hissəsindən yapışıb, hökumət də elə zənn edir ki, bazar iqtisdiyyatı qurub”

“Hərə bazarın bir hissəsindən yapışıb, hökumət də elə zənn edir ki, bazar iqtisdiyyatı qurub”

“Bizdə heç kommersiya müəssisələri arasında rəqabət anlamı hələ oturuşmayıb, çünki…”

Pirverdiyev EPOXASINDA dövlət investisiyasına tikilən bir stansiyasının xərclərinin qaytarılması ELAN edildimi?

Elə islahat lazımdır ki, Dövlət GÜCƏ düşməsin, dövlət də, vətəndaşı da ÇİÇƏKLƏNSİN… özü də LED işıq kimi…

Azərbaycan təbliğatında Çinə bənzəmək isəyir: yəni DÖVLƏT iqtisadiyyatı. Ancaq arada xeyli FƏRQ var – Çində RƏQABƏT mövcuddur – dövlət müəssisələri arasında belə… Bizdə heç kommersiya müəssisələri arasında rəqabət anlamı hələ oturuşmayıb: çünki hərə bazarın bir hissəsindən yapışıb, hökumət də elə zənn edir ki, BAZAR iqtisdiyyatı qurubdur.

İndi baxaq ÇİNƏ… Yantszı çayı üzərində Dünyanın ən iri hidroelektrik stansiyasını tikiblər – 22,5 GVt gücü və 181 metr hündürlüyü olan bəndi – tikintisi zamanı 1,3 mln insan köçürüblər. Ümumi kapital qoyuluşu $30 mlrd-a yaxın olub. Ancaq 1 ilə 98,5 mlrd kVt saat elektrik enerjisi istehsl etməklə Ginnesin rekordlar kitabına düşüb və Çini enerji sekorunda 31 milyon ton kömür işlətməkdən və havaya 100 milyon tona yaxın karbon qazı atmaqdan xilas edib. Elektrik stansiysına çəkilən xərclər isə 4 ilə çıxarılıb.

İlham Şaban, Neft Araşdırmaları Fondunun prezidenti

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …