Baş səhifə / Cəmiyyət / “Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi…”

“Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi…”

“Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır”

Nəsiman Yaqublu, tarix elmləri doktoru

Son günlərdə bəzi informasiya mənbələrində Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə ilə bağlı yanlış məlumatlar yayılmaqdadır.Ermənistanın baş naziri N.Paşinyanın da bu mövzuda şantaj fikirlər söylədiyi qeyd olunmaqdadır.Bu yanlışlıqları nəzərə alıb aşağıdakı tarixi faktları Azərbaycan və rus dillərində oxucuların diqqətinə çatdırıram.

M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi.

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

Bax: N.Yaqublu. “Azərbaycan legionerləri”. Bakı, 2005.
N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. Bakı, 2013.

СВЯЗИ М.Э.РАСУЛЗАДЕ С ГЕРМАНИЕЙ
В 1932-1945-х годах У М.Э.Расулзаде не было прямого контакта с главой Герма¬нии Адольфом Гитлером. С правительством Германии у М.Э.Расулзаде контакты были через профессора Герхарда Фон Менде, воз¬главлявшего Главное управление Восточного министерства по национальностям СССР и бывшим послом Германии в СССР, предста-вителем министерства иностранных дел Гер¬мании Шуленбергом.
Целью М.Э.Расулзаде было наладить связи с правительством Германии, спасение более 70-ти тысяч азербайджанских пленных и признание независимости Азербайджана Германией. В связи с этим, будучи в Германии, он создал «Национальный азербайджан¬ский комитет», стал вести переговоры с правительством. Однако Гитлер отдал предпочтение созданию не «комитетов», а «нацио¬нальных комиссий».
Свое отношение к Гитлеру и фашистской идеологии М.Э.Расул¬заде высказывал таким образом: «Гитлеризм – это, прежде всего, иде¬ология, созданная против коммунистической демагогии. Он принял фашистскую диктатуру от своих противников, но интернационализм заменил национализмом».
СМ: Ягублу Н. Азербайджанские легионеры. Баку, 2005 г.

Ягублу Н. Энциклопедия Мухаммеда Эмина Расулзаде.Москва, «Маска» 2015

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …