Baş səhifə / Cəmiyyət / “Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz…”

“Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz…”

Xəbər verdiyimiz kimi fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirələri zamanı cəbhə xəttində silahlı qüvvələrimizin giziri Seymur Ələsgərov şəhid edildi.

Politoloq Qabil Hüseynli Moderator.az -a açıqlamasında erməni tərəfənin həmişə belə görüşlər ərəfəsində cəbhə xəttində fəallaşdığını və dünya ictimaiyyətinə yalan məlumat verdiyini bildirdi:

“Hər dəfə yüksək səviyyədə Azərbaycan-Ermənistan görüşü təşkil olunarkən ermənilər cəbhə xəttində fəallaşırlar. Bu isə qarşılıqlı sürətdə əsgər itkisinə səbəb olur. Ermənilər provakasiyanı sevən millətdir və bu səbəbdən də hərbçimizin şəhid edilməsini təsadüfi saymaq olmaz. Ermənilər bu cür təxribatlar törətməklə Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozduğunu və hadisənin özlərinə sərf edən tərəfini həm ATƏT-ə, həm də dünya ictimaiyyətinə çatdırmaq istəyirlər”.

Politoloq erməni ordusunda intihar hadisələrindən də danışıb və bunun hələ də qarşısının alına bilmədiyini deyib:

“Erməni ordusunda intihar hadisələri pik həddə çatıb. Məndə olan məlumata görə son bir ildə intihar edən həbçilərin sayı 800 nəfəri keçib. Düşmən ordusunda əksər ölümlər əsgərlərin özlərinə qəsd etməsiylə baş verir. Bununla yanaşı, orduya yeni çağırılan gənc əsgərlərə də işgəncələr verilir. Bu hadisələrin qarşısını isə bu günə kimi ala bilməyiblər və bundan sonra da ala bilməyəcəklər. Çünki ordudakı qeyri-stabilliyi elə zabitlərin özləri yaradırlar. Bu gün erməni ordusunun məişət şəraiti çox aşağı səviyyədədir və ona görə də intihar hadisələri baş alıb gedir”.

Vasif Əlihüseyn

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …