Baş səhifə / Cəmiyyət / Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırdı – VİDEO

Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırdı – VİDEO

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının azərbaycanlıların törətməsi ilə bağlı uydurmalarına cavab verib.

“Report”un məlumatına görə, sabiq dövlət başçısı AzTV-nin “Həftə” proqramına müsahibəsində işğalçı ölkənin hökumət başçısının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı dediklərini əsassız adlandırıb.

A.Mütəllibov N.Paşinyanın ona “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı fikirlərini qəti şəkildə təkzib edib:

“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Hansısa jurnalistin nə vaxtsa “Arqumenti i Faktı” qəzetində nəsə deməsi, mənim haqqımda danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqli deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen Konfransı səviyyəsində. Lakin Azərbaycan Prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccüblüdür və bu, yolverilməzdir”.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …