Baş səhifə / Cəmiyyət / “Avropada “Tar” adında mərkəzlərin yaradılması təklifi təqdirəlayiqdir”

“Avropada “Tar” adında mərkəzlərin yaradılması təklifi təqdirəlayiqdir”

Ayaz İmranov: “Biz sadəcə torpaqlarımıza deyil, həm də milli dəyərlərimizə sahib çıxmalıyıq”

“Tar xalqımızın tarixi, milli yaddaşı, onun ruhi-mənəvi saflıq simvoludur”

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov AZTV efirində yayımlanan “Əsas məsələ” verilişindəki çıxışında ermənilərin milli dəyərlərimizi mənimsəmək, bu dəyələri öz adlarına çıxmaq cəhdlərinə toxunub, buna qarşı mübarizə vasitələrinə diqqət çəkib. Erməni yalanlarının ifşası istiqamətində fəaliyyəti beynəlxalq müstəvidə, xüsusilə də ABŞ və Avropa ölkələrində genişləndirməyin vacibliyinə toxunan M.İsmayılov, bununla bağlı konkret təkliflər də səsləndirib.

Ermənilərin Azərbaycan tarını da öz adlarına çıxmaq istədiklərini bildirən M.İsmayılov, Avropanın bir sıra ölkələrində “Tar” adında mərkəzlər açmaq, milli-tarixi dəyərlərimizi bu ad altında təbliğ etməyin vacib olduğunu bildirib.

Moderator.az-a açıqlamasında M.İsmayılovun tar və onun təbliği baxımından səsləndirdiyi məlum təklifə münasibət bildirən tanınmış tarzən, 2019-cu ilin qran-pri mükafatçısı Ayaz İmranov bu təklifi alqışladığını bildirdi:

“Təbii ki, xarici ölkələrdə “Tar” adında mərkəzlərin yaradılması, Azərbaycanın milli, mənəvi, tarixi dəyərlərinin bu ad altında təbliği olduqca faydalı olar. Avopa cəmiyyətində, Avropa xalqlarının dili ilə aparılan bu təbliğatın, ermənilərin milli dəyərlərimizə qarşı irəli sürdüyü iddiaların ifşa edilməsi ilə yanaşı, beynəlxalq ictimaiyyətin tarla daha yaxından tanışlığı baxımından da mühüm önəm kəsb edəcəyi şübhəsizdir. Unutmaq olmaz ki, biz düşmənlə bütün sferalarda mübarizə aparırıq və bu mübarizə bizdən torpaqlarımızla yanaşı, həm də bütün milli dəyərlərimizə sahib çıxmağı tələb edir.

Bunu da unutmaq olmaz ki, tar sadəcə musiqi aləti deyil. Tar xalqımızın tarixi, milli yaddaşı, onun ruhi-mənəvi saflıq simvoludur. Odur ki, tara olan hücum tariximizə, ruhumuza, mənəviyyatımıza olan hücum kimi dəyərləndirilməli, tarın bu hücumlardan müdafiəsi ümumxalq işi olmalıdır.

Bu baxımdan, Avropada “Tar” adında mərkəzlərin yardılması, beynəlxalq aləmin bu mərkəzlər vasitəsi ilə bilgiləndirilməsi təklifini yüksək qiymətləndirir, təklif müəllifinə öz təşəkkürümü bildirirəm”.

Seymur ƏLİYEV

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …