Baş səhifə / Dünya / Putinin tərcüməçiləri Kreml sahibinin bəzi deyimlərindən şoka düşdülər…

Putinin tərcüməçiləri Kreml sahibinin bəzi deyimlərindən şoka düşdülər…

Onun “Biz ayaqlarımızı aralayıb oturmayacağıq” ifadəsi də nümunə kimi göstərilib…

Rusiya Prezidentinin özünəməxsus nitqi və zarafatları çox vaxt tərcüməçilər üçün kabusa çevrilir.

Moderator.az bu barədə Ukraynanın Segodnya.ua nəşrinə istinadla xəbər verir. Məsələn, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin üçüncü katibi Natalya Krasavina deyir ki, 2019-cu ilin dekabr ayında Putin “Donbas parajnyak ne qonit”, yəni “Donbass cəfəngiyat danışmır” ifadəsini işlədib.

Və 2017-ci ildə Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumda Putin salonda oturanları “Xoş gəldiniz” kimi tərcümə olunmuş, əslində isə rus ordusunda “Rahat” komandası kimi işlənən “Volno!” kəlamı ilə salamlayıb. “Cəmi yarım saniyə ərzində ağlıma düzgün variant gəldi, sonra lüğətlə yoxladım. Bu, məhz tərcüməçi çevikliyi idi, çünki o zaman mən bu termini xatırlamadım. Ancaq bu əslində hərbi termindir – “Rahat”(“At ease”)”- deyə Rusiya XİN Linqvistik Təminat departamentinin məsləhətçisi Aleksey Sadıkov söyləyib.

A.Sadıkov Putinin “Biz ayaqlarımızı aralayıb oturmayacağıq” ifadəsini də nümunə kimi göstərib. Dediyinə görə, o, prezidentin həmin əndrəbadi cümləsini televiziya reportajında eşidib və onu tərcümə etməyəcəyinə sevinib.

İsrail mediası isə bu yaxınlarda tarixçilərin Putinin Holokost Forumundakı nitqinə lağ etdiklərini xatırladıb.

Sultan Laçın

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …