Baş səhifə / Dünya / “Netanyahunun iqtisadi siyasəti – kapitalist donuzun siyasətidir…”-İsrail mediası

“Netanyahunun iqtisadi siyasəti – kapitalist donuzun siyasətidir…”-İsrail mediası

17 fevral – bazar ertəsi günü rəqib partiyalar İsrail Baş naziri Benyamin Netanyahunun növbəti hökumətdə maliyyə naziri vəzifəsinə namizəd elan etdiyi “Likud” lideri Nir Barkata qarşı bir kampaniya başladıb.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, həm Avoda-Qeşer-Merets, həm də “Kahol Lavan” Barkatın kəskin tənqid edildiyi yeni video-çarxlar yayımlayıblar. İlk elanda deyilir ki, onun lideri Amir Perets “kapitalist donuz” Barkatdan fərqli olaraq “sosial-iqtisadi ürəyə” sahibdir.

“Netanyahunun iqtisadi siyasəti – kapitalist donuzun siyasətidir və bunu gizlətməyə belə çalışmır”- deyə Perets fraksiya iclasında bildirib. “On ildən çox davam edən sosial-iqtisadi laqeydlik kapitalist maliyyə nazirinin təyin edilməsi qərarı ilə öz zirvəsinə çatdı. Onlar Birləşmiş Qüds haqqında danışırlar. Barkat bələdiyyə başçısı olaraq yoxsulluq içində yaşayan yəhudi və ərəb sakinləri bir araya gətirdi. Nir Barkat Qüdsü İsrailin yoxsulluğun paytaxtı etdi.”

“Kahol-Lavan” kampaniyasında Likuddan olan maliyyə nazirinin namizədliyini də şərh edir. Partiya üzvləri Barkatın maliyyə naziri olacağı təqdirdə ölkəni varlı və kasıb arasında daha çox bölüşdürəcəyini söyləyirlər.

Sultan Laçın

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …