Baş səhifə / Cəmiyyət / “Deputatın iclasda oturub şalvarı, donu stula sürtməsi ilə iş bitmir…”

“Deputatın iclasda oturub şalvarı, donu stula sürtməsi ilə iş bitmir…”

“Gərək tribunaya çıxıb haqqı tələb edəsən və lazım gələndə çığırmağı da bacarasan…”
“Mən zavodlarda, fabriklərdə fəhlələrlə görüşmüşəm – onlar seçkilərə getməyiblər. Gələcəkdə seçki zamanı təsadüfi seçilənlərin hamısını çıxarmalıyıq…”

Azərbaycanda respublikanın və ya keçmiş Sovet İttifaqının qanunverici orqanlarına seçkilərin tarixini araşdıranda məlum olur ki, deputatlara yerlərdə səsvermə zamanı saxtalaşdırma və ya yuxarılardan siyahıyla təyin edilmə hallarının əsası hələ sovet dövründən qoyulub…

Moderator.az əməkdaşı bu mövzuda araşdırma zamanı 23 il öncə Milli Məclisin də üzvü olarkən düşmən güclərin sifarişi ilə güllələnərək qətlə yetirilmiş rəhmətlik milli qeyrətli tarixçi, akademik Ziya Bünyadovun 1990-cı ildə tanınmış nasir və jurnalist Azər Abdullaya verdiyi müsahibəsindəki ibrətamiz fikirlərinə rast gəlib.

Jurnalistin SSRI Xalq Deputatları qurultayında iştirak edən Azərbaycan deputatlarına münasibəti barədə sualını mərhum akademik və deputat belə cavablandırıb:

“Qurultaydakı deputat dəstəsi siyahı ilə göndərilib. Əgər bütün SSRİ Ali Sovetində 8 sağıcı varsa, onun 5-i Azərbaycandan gedib. Orda elə adamlar var, onlar seçki ilə seçilməyib. Mən zavodlarda, fabriklərdə fəhlələrlə görüşmüşəm – onlar seçkilərə getməyiblər. Gələcəkdə seçki zamanı təsadüfi seçilənlərin hamısını çıxarmalıyıq. Deməliyik ki, sağıcısan, eşq olsun sənə, get öz işinlə məşğul ol. Deputatın iclasda oturub şalvarı, donu stula sürtməsi ilə iş bitmir. Gərək tribunaya çıxıb haqqı tələb edəsən və lazım gələndə çığırmağı da bacarasan…”

“Qobustan” incəsənət toplusu, № 2, 1990-cı il.

Təqdim etdi: Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …