Baş səhifə / Cəmiyyət / “Bu orduda “oğru qanunları” fəaliyyət göstərir”

“Bu orduda “oğru qanunları” fəaliyyət göstərir”

Azad İsazadə: “Generalların istefası çətin ki, bu problemi həll etsin, çünki…”

Ermənistan ordusundakı çoxsaylı əsgər ölümləri düşmənin Müdafiə Nazirliyində bir sıra generalların istefasına səbəb olub. Bundan başqa, separtçı rejimin qondarma “müdafiə naziri” də öz vəzifəsi ilə vidalaşıb.

Moderator.az-a açıqlamasında düşmən ordusundakı mövcud vəziyyəti dəyərləndirən hərbi ekspert Azad İsazadə baş verənlərin mahiyyəti haqqında maraqlı fikirlər səsləndirib:

“Öncə istərdim ki, dünənki iclasın terminalogiyasına diqqət edək. Paşinyan “subkultur vəziyyət” haqqında danışdı və boynuna aldı ki, orduda subkultur vəziyyət mövcuddur. “Subkultur” sözü elmi dildə xoşagələn səslənsə də, reallıqda “oğru qanunları” deməkdir. Hansı ki, bu qanunlar türmədə mövcuddur. Ermənistan ordusunda da türmə qanunları hökm sürür.

Paşinyan buna qarşı tədbirlər görüləcəyini dedi. Generalları işdən çıxardılar. Lakin bu problem Ermənistan ordusunda on ildən çoxdur ki, mövcuddur və heç cür öz həllini tapmır. Istisna etmirəm ki, söhbət bu problemin həlli adı altıdna Paşinyanın ona sadiq olmayan generalları vəzifədən uzaqlaşdırmasındna gedir. Yəni Paşinyan güc strukturlarında şəxsi maraqları baxımından təmizləmə işi həyata keçirir. Zənnimcə, baş verənlərin mahiyyəti bundna ibarətdir”.

Buna da bax...

Kəlbəcərdəki qədim Azərbaycan məbədindən xəzinə oğurlandı…

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı ölkəmizin xristian dövrünə aid qədim Xudavəng …