Baş səhifə / Dünya / ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları sözün həqiqi mənasında “havada qalıb”.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın keçmişdə bütün dünyanın barəsində məmnunluqla bəhs etdiyi F-35-lərə müştəri tapılmır. Belə ki, Türkiyə ilə siyasi gərginlik fonunda Ankaraya bu təyyarələri satmaqdan imtina edən ABŞ-ın, F-35-ləri Sinqapura satmaq cəhdləri də bir nəticə vermir.

Satış bazarının yoxluğu F-35-lərin istehalı prosesində qənaət rejiminə keçmək məsələsini gündəmə gətirib. ABŞ hərbi-sənaye mütəxəssisləri hesab edir ki, əgər yaxın gələcəkdə satış problemi bu və ya digər şəkildə öz həllini tapmazsa, o zaman F-35-lərin istehsalını kəskin şəkildə azaltmaq qaçılmaz olacaq.

Buna da bax...

“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”

Rusiyalı şərqşünasdan Kremlə xəbərdarlıq… Rusiyanın Yaxın Şərq və Orta Asiyanın Tədrisi Mərkəzinin direktoru, məşhur şərqşünas …