Baş səhifə / Dünya / “Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”

“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”

Rusiyalı şərqşünasdan Kremlə xəbərdarlıq…

Rusiyanın Yaxın Şərq və Orta Asiyanın Tədrisi Mərkəzinin direktoru, məşhur şərqşünas Semyon Bağdasarov Türkiyə-Rusiya qarşıdurması ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, S.Bağdasarov Türkiyə ilə qarşıdurmanı böyük uğursuzluq və ciddi yanlış kimi dəyərləndirib. Rus mütəxəssis hesab edir ki, Suriyada böyük maraqlara malik olduğunu gizlətməyən, regionun ən güclü dövlətlərindən biri olan Türkiyə ilə dost olmaq əvəzinə, qarşıdurmaya getmək, onunla münasibətləri pisləşdirmək Rusiyanın maraqlarına ziddir və ona uğursuzluqdan başqa heçş nə vəd etmir. Bu səbəbdən də Türkiyə ilə münasibətləri təcili şəkildə normallaşdırmağa səsləyən S.Bağdasarov, bu günə qədər Türkiyə ilə münasibətlər sahəsində çalışan bütün rus diplomatlarını işdən azad etməyə çağırıb. Rusiyalı şərqşünas onların Türkiyə ilə münasibətləri korlamaqla Rusiyanın maraqlarına ciddi zərbə vurduğunu bildirib.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …