Baş səhifə / Cəmiyyət / Həbs olunmuş icra başçısı deputatlığa namizəddən rüşvət alıb? – Rəsmi reaksiya

Həbs olunmuş icra başçısı deputatlığa namizəddən rüşvət alıb? – Rəsmi reaksiya

Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.

Bu barədə Oxu.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib. Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.

Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.

Xatırladaq ki, 61 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır. Bəzi saytların yaydığı xəbərlərə görə, S.Rüstəmxanlı seçkilərin onun xeyrinə saxtalaşdırılması üçün icra başçısına rüşvət verib. S.Rüstəmxanlı bu ittihamlara cavab verib və bildirib ki, o, heç kimə rüşvət verməyib və onu xalq seçib.

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …