Baş səhifə / Cəmiyyət / Prezident İlham Əliyev: “Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam” – Video

Prezident İlham Əliyev: “Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam” – Video

Bu gün Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib. Tədbirdə İlham Əliyev çıxış edib.

O, tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir”İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur.

Dövlət başçısı qeyd edib ki, keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir. Prezident qeyd edib ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir: “Seçkilərdə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız görülən real işlərə eyni zamanda görüləcək işlərimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminım ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycan bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq”.

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …