Baş səhifə / Dünya / Ərdoğan: “Məndə dəhşətli videolar vardı, Putinə göndərdim…”

Ərdoğan: “Məndə dəhşətli videolar vardı, Putinə göndərdim…”

“İstər Rusiya prezidenti Vladimir Putinlə, istərsə də ABŞ prezidenti Donald Trampla telefon görüşmələrində əsas gündəm Suriya məsələsi idi”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri ilə Suriyada sülhün bərqərar olunması üçün nələr edə biləcəklərinə dair fikir mübadiləsi aparıblar: “Sülhün yaradılması ilə bölgədə yaşanan faciələrin sona çatacağına ümid etdiyimi bildirdim. Eyni zamanda Duma və Şərqi Gutadadakı vəziyyətdən bəhs etdik. Məndə orada baş verən hadisələrin videoları vardı. Can yandıran, fəlakət tabloları idi. Həmin videoları bilərəkdən Putinə göndərdim”.(virtualaz.org)

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …