Baş səhifə / Cəmiyyət / “Viaqra”nın inanılmaz faydası – Buna da qadir imiş…

“Viaqra”nın inanılmaz faydası – Buna da qadir imiş…

Alimlər “Viaqra” kimi məşhur olan sildenafil preparatında xərçəng əleyhinə xüsusiyyətlər aşkar ediblər.

Yeni kəşf barəsində “Cancer Prevention Research” jurnalında məlumat yayılıb.

Sildenafilin təsirini siçanlarda araşdıran alimlər aşkar ediblər ki, preparatın gündəlik kiçik dozası gəmiricilərdə bağırsaq xərçənginin inkişaf riskini 2 dəfə aşağı salır. Preparat şişdə yenidən yaranmağa başlayan polipləri məhv edir.

Əgər nəticələr təsdiqlənərsə, bu, xərçəngin profilaktikasında ciddi addım hesab ediləcək.

Məlumat üçün bildirək ki, bağırsaq xərçəngindən yalnız ABŞ-da ildə təxminən 50 min insan ölür.(yeniçağ.az)

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …