Baş səhifə / Cəmiyyət / Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin

Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin

Bu gün saat 15:20 radələrində paytaxtın Atatürk prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın xəbərinə görə, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.

Qəza nəticəsində yaşlı qadın dünyasını dəyişib.

Hadisə şahidləri bildirirlər ki, qəzadan sonra qadının üzərindən formasını çıxardaraq gizlədiblər ki, onun süpürgəçi olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin.

Xatırladaq ki, bir neçə gün əvvəl də yaşlı süpürgəçi qadın yol qəzasının qurbanı olub.

Buna da bax...

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …