Baş səhifə / Dünya / Vaşinqtonda Suriyaya hücumlara qarşı etiraz aksiyası keçirildi – FOTO

Vaşinqtonda Suriyaya hücumlara qarşı etiraz aksiyası keçirildi – FOTO

Ağ Ev qarşısında Rusiyanı müdafiə edən şüarlar da səsləndirilib…

ABŞ-da Ağ Ev qarşısında Suriyaya son raket hücumları əleyhinə mütinq keçirilib.

Moderator24.com xarici mediaya istinadla xəbər verir ki, etiraz aksiyası Amerika Silahlanmaya Nəzarət Assosiasiyası tərəfindən təşkil edilib. Təşkilat iştirakçılarının fikrincə, bu cür tədbirlər BMT Nizamnaməsinə tamamilə ziddir. Həmin Nizamnamədə hər hansı bir dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsini qadağan edilir. Təşkilatın mütəxəssisləri vurğulayıblar ki, hücumun Konqreslə əlaqələndirilmədən aparılması, xüsusilə, hiddətləndiricidir. Beləliklə, Silahlanmaya Nəzarət Assosiasiyasl Ağ Evin Kimyəvi Silahın Qadağan Olunması Təşkilatının Suriyada kimyəvi silahların mümkün istifadə edilməsi barədə hesabatını gözləməyə Və Vaşinqtonun sübut olmadan Suriya məsələsini güc yolu ilə həllinə cəhd etməməyə çağırıb.

İştirakçılar Suriyanı bombalamaın insanları qorumağa yox, onları öldürməyə xidmət etdiyini bildirib. Suriyaya təcavüz əleyhinə adi amerikalılar da reaksiya göstərib. Fəallar Ağ Ev qarşısında “Suriyada müharibəyə yox!” plakatları ilə etiraz nümayişi keçiriblər. İştirakçılar Suriyanın bombalanmasının insanları qorumağa deyil, qətlinə xidmət etdiyini bildrirərək hücumu dayandırmağı tələb ediblər.

Etiraz aksiyasında Rusiyanı müdafiə etmək üçün də şüarlar səslənib. Etirazçılar bildirib ki, Rusiyanı canavar kimi təqdim etmək istəyirlər, halbuki, əsl canavar isə Amerika imperializmidir…

Sultan Laçın

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …