Baş səhifə / Cəmiyyət / Oteldə ölən deputat Viaqranın qurbanı olub? -Prokurorluqdan açıqlama

Oteldə ölən deputat Viaqranın qurbanı olub? -Prokurorluqdan açıqlama

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasın dəyişib.

Məsələ ilə bağlı Qusar rayon prokurorluğundan verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən “Chateau” oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Hadisənin istintaqını aparan müstəntiq vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır:

“Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasın dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.
Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir”.(unikal.org)

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …