Baş səhifə / Cəmiyyət / Azərbaycan XİN-in Xocalı soyqırımıyla bağlı linkləri açılmır – Gözlənilməz…
Azərbaycan XİN-in Xocalı soyqırımıyla bağlı linkləri açılmır - Gözlənilməz...

Azərbaycan XİN-in Xocalı soyqırımıyla bağlı linkləri açılmır – Gözlənilməz…

Fevralın 24-dən apardığımız müşahidələrə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında Xocalı soyqırımıyla bağlı əsas linklər fəaliyyət göstərmir.

Moderator24.com xəbər verir ki, sayt əməkdaşı soyqırımla bağlı material hazırlayarkən 26 il öncə törədilmiş bu qətliamın beynəlxalq səviyyədə tanıdılması məsələsini dəqiqləşdirmək üçün XİN-in rəsmi saytına daxil olub. Lakin məlum olub ki, saytda Xocalı soyqırımı bölməsindəki 8 linkdən yalnız 4-nü açıb müvafiq məlumat almaq mümkündür. Digər ilk 4 link “403 Forbidden” xəbərdarlığıyla açılmır. Özü də bunlar məzmunca əsas linklərdir:

1. “Xocalı soyqırımı”;

2. “Şahidlərin gözü ilə”;

3. “Xocalı beynəlxalq mediada”;

4. Beynəlxalq sənədlər.

Məsələyə münasibətini öyrənmək üçün XİN-in Mətbuat Xidmətinin rəhbəri Hİkmət Hacıyevə dəfələrlə zəng etsək də, telefon bağlantımız baş tutmadı.

Güman edirik ki, XİN rəhbərliyi Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı mərasim və tədbirlərin keçirildiyi bu günlərdə belə ciddi texniki problemin səbəblərini müəyyən edərək onu aradan qaldıracaq.

Sultan Laçın / Moderator24.com

Buna da bax...

Kəlbəcərdəki qədim Azərbaycan məbədindən xəzinə oğurlandı…

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı ölkəmizin xristian dövrünə aid qədim Xudavəng …