Baş səhifə / Dünya / Ermənistanda müxalifət “məxməri inqilab” elan etdi – Dövlət binaları blokadada

Ermənistanda müxalifət “məxməri inqilab” elan etdi – Dövlət binaları blokadada

Ermənistanda Serj Sarkisyan əleyhinə keçirilən aksiyanın təşkilatçısı olan müxalifətçi deputat Nikol Paşinyan ölkədə “qeyri-zorakı məxməri inqilab”ın başladığını bəyan edib.

Ermənistan KİV-nin yaydığı məlumata görə, deputat bildirib ki, ölkədə inqilabi situasiya yaranıb.

Mitinqin keçirildiyi meydana təxminən 3 min insan toplaşıb.

Paşinyanın sözlərinə görə, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir. Hazırda nümayişçilər Baş Prokurorluq və bir sıra nazirliklərə girişi bloklayıblar.

Hazırda parlamentdə Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsində dair xüsusi iclas keçirilir.(qafqazinfo.az)

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …