Baş səhifə / Cəmiyyət / Erməni dığa və axçiklər 4 istiqamətdən ŞUŞAYA YÜRÜŞ EDƏCƏK…

Erməni dığa və axçiklər 4 istiqamətdən ŞUŞAYA YÜRÜŞ EDƏCƏK…

Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşmış erməni gənclər növbəti dəfə – mayın 7-də Şuşanın “azad edilməsinin 26 illiyi” münasibəti ilə yürüş keçirməyi planlaşdırırlar.

Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda özünü qondarma separatçı-terrorçu rejimin “mədəniyyət, turizm və gənclər nazirliyinin” “mütəxəssisi” adlandıran Ani Kaplanyan məlumat verib.

2012-ci ildən bəri keçirilən belə yürüşlər ermənilərin Şuşanı işğal etmək üçün apardığı “Dağlarda toy” əməliyyatının əsas istiqamətləri üzrə icra olunur: mərkəzdən – Xankəndi-Şuşa yolu, qərbdən -Kərkicahan-Şuşa və şərqdən – Şuşakənd -Şuşa istiqamətləri. Bu dəfə erməni dığa və axçikləri üçün daha bir istiqamət şimal tərəfdən Kirs dağı- Şuşa istiqaməti də əlavə edilib. Bunlara uyğun olaraq yürüş iştirakçıları 4 qrupa bölünəcək və hər qrup əlində qondarma “DQR” bayrağının bir rəngindən parçanı tutaraq Şuşanın mərkəzinə çatanda onları birləşdirəcək və onu erməni kilsəsinin həyətində qaldıracaqlar. Burada keşiş onlara xeyir-dua verdkdən sonra mədəni şənlik tədbirləri keçirilməsi üçün Cıdır düzü, yaxud Daşaltı dərəsinə yollanacaqlar. Tədbirdə yalnız 16-30 yaşındakı dığa və axçiklərin iştirak etməsinə icazə verilir.

Sultan Laçın

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …