Baş səhifə / Dünya / Politoloq: “Sarkisyanın triumfu çox çəkməyəcək”

Politoloq: “Sarkisyanın triumfu çox çəkməyəcək”

Serj Sarkisyan Ermənistanın prezidenti olanda, o, bir dövlət postunu idarə edirdi, indi isə iki dövlət postuna nəzarət edəcək.

Bu barədə Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Sarkisyan baş nazir oldu, bundan sonra isə özü dəvət etdiyi prezidentə təsir edə biləcək:

“Əgər nə vaxtsa, hazırkı prezident baş nazirin hərəkətlərinə etiraz edərsə, Sarkisyan palament vasitəsilə onu asanlıqla istefaya göndərə bilər.

Serj Sarkisyan baş nazir seçilib, lakin bu, onun üçün Pirr qələbəsidir. Çətinliklər irəlidədir. Bəli, bu gün Yerevandakı aksiyalar nəticə verməyəcək, lakin risklər hələ də qalır.

Ölkədə siyasi proseslər hər dəqiqə Sarkisyana qarşı çevrilə bilər və bunun üçün səbəblər var – iqtisadiyyat acınacaqlı vəziyyətdədir, borclar artır, erməni gəncləri isə Azərbaycanın işğal olunmuş ərazilərində ölürlər”, – ekspert qeyd edib.

Şahinoğlu əmindir ki, bunlara baxmayaraq, Sarkisyan işğalçı siyasətindən geri dönməyəcək və bununla da, öz sonunu yaxınlaşdıracaq:

“Azərbacyan Ermənistana qarşı təcrid siyasətini və cəbhə xəttində təzyiqi davam etdirməlidir ki, erməni cəmiyyəti başa düşsün, Azərbacayn və Türkiyə ilə düşmənçilik yaxşı qurtarmayacaq”.

Buna da bax...

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …