Baş səhifə / Cəmiyyət / “Sərkisyanın bir xahişi ilə rus qoşunları İrəvana girə bilər…”

“Sərkisyanın bir xahişi ilə rus qoşunları İrəvana girə bilər…”

Andrey Zubov: “Qarabağ formal olaraq başqa dövlətdir…”

“Ermənistanda bir inqilab var. Serj Sarkisyan erməniləri öz yalanları, “əbədi hakimiyyəti” və kriminal avtoritetlərlə əlaqələri ilə bezdirib”.

Moderator.az yazır ki, bu cümlələr tanınmış rus tarixçisi Andrey Zubovun “Facebook” səhifəsində yazdığı “Yeni şans”adlı yazısındandır. Tarixçi indiki vəziyyətdə rus qoşunlarının İrəvana yeridilməsini də mümkün sayaraq yazır:

“Kremlin Ermənistandakı olayları hansı dəhşətlə izlədiyini təsəvvür edirəm. Axı bu zəng onlardan ötəri də çalınır. Ermənistanda rus qoşunları var. Və Sərkisyanın bircə xahişi ilə onlar İrəvanın küçələrinə çıxa bilərlər. Bunun üçün Kremlin “ağıllı” adamlarının “ağlı” kifayət edər. Necə ki, dörd il bundan əvvəl Krımı ilhaq etməyə və dünən “Telegram”ı qadağan etməyə yetdi… Ancaq bu baş verərsə, Rusiya ilə ənənəvi dostluq edən erməni xalqı “İvan”a heç vaxt etmədiyi kimi nifrət edəcək. Və uzun müddət Ermənistan Rusiyaya dost ölkə olmayacaq. Nəticədə Rusiya əsgərləri də rüsvayçılıq içində çıxıb gedəcəklər…”

Ancaq Qərbyönümlü hesab edilən rus tarixçisinin ermənipərəstliyi yenə də özünü biruzə verir. O, işğal altındakı Azərbaycan torpaqlarındakı rejimi “ayrıca dövlət” adlandırır:

“Ermənistanın NATO-ya qəbul edilməsi Türkiyədən təhlükəni aradan qaldıracaq və o, İrandan da qorunacaq. Ermənistanda həll edilməmiş ərazi problemi yoxdur – Qarabağ formal olaraq başqa bir dövlətdir…”

“İstərdim ki, Kreml hakimlərinə nümunə olaraq Sərkisyan istefa verə və rus əsgərlərini çağırmaya. Bu mümkündür. Ancaq əgər o çağırarsa, Putin əsgərləri, yəqin ki, göndərəcək və başqa cür xəyal etmək axmaqlıqdır…” – deyə A.Zubov yazır.

Sultan Laçın

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …