Baş səhifə / Cəmiyyət / “Həqiqəti bilsəniz, həyata nifrət edərsiniz” – Könül Təranə haqda

“Həqiqəti bilsəniz, həyata nifrət edərsiniz” – Könül Təranə haqda

Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal daha da böyüyüb.

K.Kərimovanın “5/5” verilişində Təranəni görərkən verilişi tərk etməsi müzakirə edilib.

Xanım ifaçı bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib:

“Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:

“Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.(big.az)

Buna da bax...

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …