Baş səhifə / Cəmiyyət / “Bu sərəncam həm cəmiyyətimizin, həm də dövlətimizin xeyrinə olan bir addımdır”

“Bu sərəncam həm cəmiyyətimizin, həm də dövlətimizin xeyrinə olan bir addımdır”

“Biz, dəfələrlə demişik ki, əgər sosial istək varsa, hakimiyyət hökmən həmin o istəkləri nəzərə almalıdır”

Ölkə başçısı bu yaxında şəhid ailələri ilə bağlı çox mühüm bir sərəcam imzaladı. Sərəncama əsasən 1997-ci il avqustun 2-nə qədər Qarabağ müharibəsində şəhid olan və itkin düşən hərbçilərin ailələrinə 11 min manat pul ödəniləcək. Təbii ki, bir neçə ay öncə bununla bağlı şəhid ailələrinin də müraciəti ölkə mediasında işıqlandırılmışdı.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Moderator24.commoderator.az saytlarına açıqlamasında bildirib ki, cəmiyyət bu sərəncamı ölkə başçısından gözləyirdi:

Ölkə başçısının bu sərəncamı müsbət bir hadisədir. Xeyli vaxt idi ki, bu məsələ gündəmdə idi. Şəhid ailələri və Qarabağ qaziləri tez-tez bu məsələləri gündəmə gətirirdilər. Bununla bağlı Milli Məclisinin qarşısında aksiya da keçirmişdilər. Hətta məsələ Konistitutsiya məhkəməsinə qədər gedib çıxmışdı. Məhkəmə də hüquqi qərar qəbul etmişdi. Bununla bağlı cəmiyyətdə sosial bir sifariş var idi. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin bir sərəncamı olmuşdu ki, həlak olanların ailəsinə və yaralılara müavinat ödənilsin. Bu sərəncam 1997-ci ildən sonraya aid olduğu üçün problem yaranmışdı. Ona görə də bu problem cənab prezidentin sərəncamı ilə aradan qaldırıldı”.

Akif Nağı bildirib ki, Qarabağ əlillərinə də müəyyən məbləğin ödənilməsi arzuolunandır.

“Burda bir məsələdə var idi ki, döyüşlərdə sağlamlığını itirmiş adamlara da ödəniş olunsun. Amma hələ ki, bu məsələ qalır. Amma mən hesab edirəm ki, bu məsələ də həll ediləcək. Təxminən səkkiz min şəhid ailəsinə yardım veriləcək və elə səkkiz minə yaxın da Qarabağ əlili var və onlara da həmin məbləğin müəyyən bir hissəsinin ödənilməsini cəmiyyət gözləyir. Biz, dəfələrlə demişik ki, əgər sosial istək varsa, hakimiyyət hökmən həmin o istəkləri nəzərə almalıdır. Bu həyata keçəndə, cəmiyyətlə hakimiyyət arasıda bir uyğunluq yaranır. Bu sərəncam həm cəmiyyətimizin, həm də dövlətimizin xeyrinə olan bir addımdır”.

Vasif Əlihüseyn

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …