Baş səhifə / Cəmiyyət / Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı – AÇIQLAMA

Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı – AÇIQLAMA

Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?

Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.

Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:

“Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …