Baş səhifə / Cəmiyyət / Tanklar və raket kompleksləri Moskvaya yeridildi

Tanklar və raket kompleksləri Moskvaya yeridildi

9 may Qələbə günü münasibəti ilə Qırmızı meydanda keçiriləcək hərbi paradla əlaqədar Moskvaya ağır hərbi texnika yeridilib.

Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb.

Şəhər kənarındakı təlim poliqonundan gətirilən hərbi maşınlar müvəqqəti olaraq Nijniyi Mnevniki küçəsinə cəmləşib.

Hərbi karvana “Tiqr” avtomobilləri, “BTR-82A” zirehli şəxsi heyət daşıyıcıları, “İsgəndər-M”, “Yars” raket kompleksləri, “Pansır-C” ,“S-400” zenit-raket kompleksləri, “Tayfun” zirehli avtomobilləri daxildir.

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …