Baş səhifə / Cəmiyyət / MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqladı

MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqladı

“Seçkilərdə partiyamızın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib. O, iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin artıq məlum olduğunu vurğulayıb.

Bir neçə gün əvvəl “Fənərbağça”-“Beşiktaş” futbol qarşılaşmasında baş verən hadisələrdən təəssüfləndiyini bildirən MHP sədri “oyunda tördilən təxribat türk millətinə edilmiş sayılır, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə keçmiş olsun”, deyə – əlavə edib.

O, İYİ Partiyasının seçkidə iştirak edib-etməməsi ilə maraqlanmadıqlarını vurğulayıb.

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …