Baş səhifə / Cəmiyyət / Sarqsyanla Paşinyanın danışıqları uğursuz oldu – SON DƏQİQƏ…

Sarqsyanla Paşinyanın danışıqları uğursuz oldu – SON DƏQİQƏ…

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Serj Sarqsyan “Mənim addımım” hərəkatının lideri, “Elk” ( Çıxış) müxalif fraksiyasının rəhbəri Nikol Paşinyanla “Mariot Armenii” otelində, bu gün səhər saat 10-da başlamış danışıqlarını yarımçıq dayandırıb.

Görüşün əvvəlində Sarqsyan qeyd edib ki, onlarla jurnalistin qarşısında danışıqlar aparmağı təsəvvür edə bilmir, amma yenə də , görüşməyə şaddır. Paşinyan isə öz növbəsində bildirib ki, Sarqsyan tərəfindən təklif olunan dialoqa yox, onun istefasını müzakirə edib, xüsusi sarsıntılar yaşanmadan hakimiyyəti xalqa təhvil verməyi həll etməyə gəlib.

“Bu nə dialoqdur, nə də danışıqlardır, bu sadəcə ultimatumdur, dövləti, qanuni hakimiyyəti şantaj etməkdir. Siz öz məsuliyyətinizin səviyyəsini anlamırsınız, 2008-ci ilin 1 mart hadisələrindən nəticə çıxarmamısınız. Əgər siz bu tonda danışacaqsınızsa , mənə o qalır ki, sizə məsləhət görüm ki, hüquq sahəsinə çıxasınız, məntuqi çərçivə ilə hərəkət edəsiniz, yoxsa bütün məsuliyyət sizin üzərinizdə qalacaq. Ona görə də, seçim edin” – baş nazir qeyd edib.

Paşinyan da məsləhət görüb ki, onunla hədə dilində danışılmasın: ”Siz bu gün ölkədə hansı situasiyanın olduğunu dərk etmirsiniz. Bu 15-20 gün bundan əvvəlki situasiya deyil. Situasiya dəyişib, Ermənistanda sizə məruzə olunan kimi hakimiyyət artıq yoxdur. Ermənistanda hakimiyyət xalqa keçib”.

Sarqsyan qeyd edib ki, “fraksiya rəhbəri kimi parlamentdə cəmi 4-5 yer qazanan birinin xalqın adından danışmaq hüququ yoxdur. Mənim sizinlə danışığı davam etdirmək həvəsim də yoxdur. Əgər hakimiyyətin qanuni tələblərini yeinə yetirməkdən imtina edirsinizsə, o zaman , hələlik. Cənab jurnalistlər, özünüz nəticə çıxarın”- deyib və Sarqsyan danışıqları tərk edib.
Paşinyan jurnalistlərə müraciət edərək bildirib ki, Sarqsyan ölkədəki vəziyyət haqqında həqiqi informasiyaya malik deyil və düzgün qərar vermək qabiliyyətini itirib:” Mən Ermənistan vətəndaşlarını saat 19-da Respublika meydanına dəvət edib, vətəndaş itaətsizliyi çərçivəsində ikiqat şəkildə mübarizəmizi davam etdirməyə çağırıram. Biz, cənab Sarqsyan reallığı dərk edənədək təzyiqimizi davam etdirməliyik. Cənab Sarqsyanın hədələrinin heç bir əsası yoxdur”-Paşinyan deyib.(moderator.az)

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …