Baş səhifə / Dünya / Yerevanda etirazçıların lideri saxlanıldı – Sarkisyanla görüşdən sonra…(VİDEO)

Yerevanda etirazçıların lideri saxlanıldı – Sarkisyanla görüşdən sonra…(VİDEO)

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İrəvanın Artsax küçəsində polislə Sarqsyanın baş nazirliyinə etiraz edənlər arasında toqquşma olub.

Polis xüsusi avadanlıqdan istifadə etməklə divar yaradıb və etirazçıların lideri Paşinyanı zorla maşına oturdublar. Mane olmaq istəyən xeyli nümayişçi də saxlanılıb.

Toqquşma Sarqsyanla Paşinyan arasında danışıqlar uğursuzluqla nəticələnəndən bir saat sonra baş verib.

“Serj Sarqsyan yeni “1 mart” təşkil etmək istəyir. Mən ölkənin gələcəyi naminə hamını küçəyə çıxmağa çağırıram” – deyə Paşinyanın tərəfdarı deputat Sasun Mikaelyan deyib.

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …