Baş səhifə / Dünya / Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar

Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar

Ermənistanın ali təhsil müəssisələrinin tələbələri aprelin 23-dən tətil elan edərək dərslərə girməyiblər.

Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.

Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …