Baş səhifə / Dünya / Ermənistanda keçirilən etiraz aksiyasına hərbçilər də qoşuldu

Ermənistanda keçirilən etiraz aksiyasına hərbçilər də qoşuldu

Ermənistanda keçirilən etiraz aksiyasına hərbi qulluqçular da qoşulub.

APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusu bu gün paytaxt Yerevand etiraz aksiyasına qatılıb. Nazrlik bununla bağlı bəyanat yayaraq bu davranışı qınayıb. Açıqlamada deyilir ki, bu hərbçilər qanunla müəyyən edilmiş qaydalara əsasən ən ciddi şəkildə məsuliyyətə cəlb olunacaqlar: “Belə ki, hərbçilərin istənilən toplanışlarda iştirakı qanunla ciddi şəkildə qadağan olunub. Onların fəaliyyəti həmçinin könüllü şəkildə hərbi hissəni tərk edərək öz səlahiyyətlərini icra etməkdən imtina kimi də qiymətləndiriləcək. Müvafiq hüquq-mühafizə orqanları bu barədə məlumatlandırılıb”.

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb.

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …