Baş səhifə / Dünya / Nikol Paşinyan azadlığa buraxıldı – VİDEO

Nikol Paşinyan azadlığa buraxıldı – VİDEO

Ermənistan parlamentinin deputatı, müxalifət partiyasının lideri Nikol Paşinyan azadlığa buraxılıb.

APA-nın “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, onunla yanaşı saxlanılan müxalifətçi millət vəkilləri Sasun Mikaelyan və Ararat Mirzoyan da azad edilib.

Qeyd edək ki, dünən həbs edilən N. Paşinyan Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə İrəvanda keçirilən aksiyaya rəhbərlik edir. Bu gün İrəvanda keçirilən aksiya zamanı 33 nəfər saxlanılıb.

Xatırladaq ki, S. Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb.

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …