Baş səhifə / Cəmiyyət / “Hacıbala, səninlə ölənə kimi məzələnəcəm”

“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm”

“Ora nazirlik yox, qocalar evidir”

Bakı meri Hacıbala Abutalıbov bu yaxında baş nazirin müavini təyin olundu. Amma sabiq merin kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla məhkəmə çəkişməsi hələki icra olunmamış qalır. Şeyx Əbdül Mahmudbəyov bildirir ki, onun evi “Qış parkı”nda aparılan təmir işləri zamanı yararsız hala düşüb.

Şeyx Əbdül Mahmudbəyov Moderator.az -a açıqlamasında bildirib ki, Hacıbala Abutalıbovu yenidən məhkəməyə verəcək:

“Ora nazirlik yox, qocalar evidir. Deyirlər ki, o gün Hacıbala oturub ağlayırmış ki, Bakını əlimdən aldılar. Hələ təzə mer təyin olunmayıb. Amma mən Hacıbalanı məhkəməyə verəcəm və onu nazir müavini olmaq da xilas edə bilməyəcək. Çünki üç il, iki aydır ki, Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsini nə sayır, nə də icra edir. Bunun üçün mənə cavab verməlidir. Buna görə CM-də üç ildən, yeddi ilə kimi adama həbs düşür.

Ş.Ə.Mahmudbəyov bildirib ki, “Qış parkı”ndakı restoran və avtomobil dayanacağı sabiq merin oğluna məxsusdur:

“Mən ona demişəm ki, Hacıbala, səninlə ölənə kimi məzələnəcəm. Burda evimizin yanındakı “Qış parkı”nda üç restoran var. Bu restoranlar Hacıbalanın oğlanlarına məxsusdur. Parkın içindəki altı min yerlik yeraltı avtomobil dayanacağı var. Bu dayanacağa da onun oğlanları nəzarət edir. Hacıbala hər dəfə mənimlə görüşəndə öpüşür və əliylə yuxarını göstərib deyir ki: “Məndə heç bir günah yoxdur”.

Vasif Əlihüseyn

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …