Baş səhifə / Cəmiyyət / “Falçılara gedən qızları yaxşı edib zorlayırlar” – Sabiq deputat

“Falçılara gedən qızları yaxşı edib zorlayırlar” – Sabiq deputat

“Bu, tələbə qızların valideyni hardadı ki, bunun balası efirə çıxır…?”

Artıq bir neçə gündür ki, Azərbaycanda 46 nəfər qızı zorlayan falçıyla bağlı söhbətlər gündəmdədir. Hadisənin nə qədər real olduğunu bilmirik. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Amma dünən zorlamada ittiham olunan falçıyla birlikdə, zorlandıqlarını iddia edən iki tələbə qız televiziya kanallarından birinə çıxaraq hay-küy yaratdılar.

Həmişə telekanallarımızı bayağı verilişlər yaymaqda tənqid edən sabiq deputat, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bildirib ki, qızları zorlayan falçının efirə çıxarılması etik cəhətdən ayıbdır:

“Bu böyük biabirçılıqdı. Mən dünən efirdə o məsələni gördüm. Həmin kanala zəng vurub deyəcəkdim ki, falçı qızlara təcavüz edibsə, bu adam polisdə olmalıdır, bunun televiziyada nə işi var? Mən başa düşmürəm televiziyanın rəhbərləri hara baxırlar. Bunlar işləməyi bacarmırlar. Savadları, ağılları yoxdur. Jurnalistikadan xəbərləri yoxdur. Mən bir az baxıb əsəbiləşdim və kanalı dəyişdim. Qızlara təcavüz edən falçı niyə azadlıqdadı?”

X.Qoca deyib ki, tələbə qızın falçıda nə işi var:

“Mən bu qədər ömür sürümüşəm, amma belə savadsızlıq, simzasızlıq görməmişəm. Televizayalar ən murdar bir yerdir. Çox ayıbdı, mən xəcalət çəkdim. Bu, tələbə qızların valideyni hardadı ki, bunun balası efirə çıxır? Onların falçıda nə işi var, ora ərə getməyə getmişdilər. Falçılara gedən qızları yaxşı edib zorlayırlar”.

Vasif Əlihüseyn

Buna da bax...

Müdafiə Nazirliyi: “Əslində, Ermənistan son günlərdə 4-5 hərbçi itirib…”

Azərbaycan Müdafiə Nazirliyindən bildirildiyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün İrəvandakı mitinqdə çıxışı …