Baş səhifə / Cəmiyyət / “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” – Nazim İbrahimov

“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” – Nazim İbrahimov

“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirlərini birmənalı olaraq qəbul edirik”.

Moderator24.com xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov PA rəhbəri, akademik Ramiz Mehdiyevin Diaspor Komitəsinin fəaliyyətindəki qüsurlarla bağlı açıqlamasına münasibət bildirərkən Unikal.org saytına deyib.

N.İbrahimov bildirib ki, Ramiz Mehdiyev Komitədə maliyyə mənimsəməsi olduğunu deməyib. O, Komitənin fəaliyyətinin təftişinin mümkünlüyünə də aydınlıq gətirib: “Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab Prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

Qeyd edək ki, PA rəhbəri Ramiz Mehdiyev Nazim İbrahimovun rəhbərliyi dövründə nöqsanlara yol verildiyini bildirib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …